Qirmizi barxat tortu
Posted on 7 Fevral 2021 by admin in Tort-Pirojina-Şirniyyat Reseptləri
Ərzaqlar
- Tərkibi:
- 350 qram un
- 300 qram şəkər
- 2 xörək qaşığı kakao
- 3 yumurta
- 300 qram duru yağ
- 300 qram qatığ
- 1-2 çay qaşığı qırmızı qida rəngləyici
- 1 paket qabartma tozu
- 1 paket vanil
- Krem üçün:
- 300 qram maskarponi pendiri
- 300 qram 25%-li qaymağ
- 200 qram şəkər pudrası
- 1 paket vanil
Hazırlanması
- Bir qab götürün və un, şəkər, qabartma, kakao, qırmızı qida rəngləyici, vanili qarışdırın.
- Üzərinə yağ, qatığ, yumurtanı əlavə edib mikserlə çalın. Xəmir al qırmızı rəngdə olmalıdır.
- Xəmiri 3 hissəyə bölün.
- Əvvəlcədən 180 dərəcə isidilmis sobada 30 dəqiqə böşirin.
- Kremi hazırlamaq üçün maskarponi pendirini şişənəcən mikserlə çalın. Üzərinə qaymağ, şəkər və vamili əlavə edib çalmağa davam edin.
- Korjların ortadan şişən hissəsini bıçaqla kəsib ovuntu halına salın.
- Korjları kremləyib üst-üstə yığın və 4 tərəfini kremləyin.
- Üzərinə kənarlarına ovuntunu səpin.
- 8 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh