Qeyri-adi tort
Ərzaqlar
- Tərkibi:
- 100 qram qoz
- 400 qram un
- 300 qram şəkər
- 3 yumurta
- 250 qram duru yağ
- 250 qram ananas (konservləşdirimiş)
- 100 qram ananas siropu
- 1 paket vanil
- 1 çay qaşığı darçın
- 1 paket qabartma tozu
- Krem üçün:
- 250 qram maskarponi pendiri
- 50 qram kərə yağı
- 100 qram şəkər pudrası
- ½ paket vanil
- Bəzək üçün:
- 150 qram qoz
- 200 qram şəkər
Hazırlanması
- Korjları hazırlamaq üçün ananas və qozu xırda doğrayın.
- Una qabartma tozu, vanil və darçın qatın.
- Yumurtanı duru yağ ilə mikserlə çalın.
- Unu, doğranmış ananas və qozu, ananas siropunu əlavə edib taxta qaşıq ilə yaxşı qarışdıırın.
- 22 sm ölçülü soba qabına perqament kağız qoyun.
- Xəmiri 3 hissəyə bölün və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 40-45 dəqiqə korjları bişirin.
- Kremi hazırlamaq üçün maskarponini vanil və şəkər pudrası ilə çalın. Üzərinə kərə yağını, darçını əlavə edin. Krem hazırdır.
- Korjları yaxsı kremləyin və üst-üstə düzün.
- Tortu bəzəmək üçün qozu bir qədər qazda qovurun. Üsdünə şəkəri əlavə edin və tortun üsdünü qozla bəzəyin.
- Nuş olsun.
Nuş Olsun!
ən son şərh