Qaysılı-qarağatlı rulet
Ərzaqlar
- Tərkibi:
- ½ paket vanil
- 200 qram maskarponi pendiri
- Jele üçün:
- 400 qram qaysı
- 170 qram şəkər
- 300 qram qarağat
- 1 xörək q. şəkər pudrası
- 150 qram kəsmik
- 10 qram jelatin
- 3 çay q. limon duzu
Hazırlanması
- Qaysıları yarı bölün və tumdan təmizləyin.
- Bir qazan götürün və qaysı, qarağat, 150 qram şəkər və limon duzunu qarışdırıb qazda aşağı odda 10 dəqiqə qaynadın.
- Qazdan götürüb blendrlə pure halına salın.
- Jelatisi su ilə isladıb bir qədər şişdiksən sonra meyvəli pureyə qatın.
- Soba listinə perqament kağız qoyun və 20 qram şəkəri kağıza səpin. Üzərinə meyvəli pureni tökün.
- 1 saat soyuducunun buz dolabında saxlayın.
- Maskarponini kəsmik, vanil və şəkər pudrası ilə qarışdırın və buz dolabından meyvəli jelenin üsdünə kremi elə yayın ki, jelenin kənarları bir qədər bos qalsın.
- Jeleli kütləni uzununa rulet formasında bükün və yenidn 1 neçə saat soyuducuda saxlayın.
Nuş Olsun!
ən son şərh