Qaymaqlı kremli piroq

Qaymaqlı kremli piroq

Ərzaqlar

  • 175 qram un

     

  • 75 qram kərə yağı

     

  • 40 qram şəkər tozu

     

  • 6 ədəd limon

     

  • 175 qram sarı şəkər

     

  • 7 yumurta

     

  • 200 qram 40 %-li qaymaq

     

  • 1 çimdik duz

Hazırlanması

  1. 1 yumurta götürün, ağını sarıdan ayırın.
  2. Ağını mikserlə çalın.
  3. Üzərinə şəkər tozu, kərə yağı, duz, yumurta sarısı və 1 xörək q. su əlavə edib xəmir hazırlayın.
  4. Bərk xəmir alınmalıdır.
  5. 30 dəqiqə soyuducuda saxlayın.
  6. Soba qabını yağlayın.
  7. Xəmiri nazik formada qaba yayın.
  8. Üzərinə çalınmış yumurta ağını yayın.
  9. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20 dəqiqə bişirin.
  10. 6 limonun qabığını təmizləyin və şirəsini sıxın.
  11. Qalan yumurtanı, sarı şəkər ilə mikserlə bir kütlə alınana qədər çalın.
  12. Üzərinə limon şirəsini və sürtgəcdən keçirilmiş limon qabığını, qaymağı əlavə edin və yenidən çalın.
  13. Bişmiş xəmirin üstünə hər tərəfə yayılmaq şərti ilə tökün  və 180 dərəcə temperaturda 30 dəqiqə bişirin.
  14. Hazır olduqda üstünə şəkər tozu səpin.
  15. Süfrəyə xama ilə servis edə bilərsiniz.

Nuş olsun!

Qaymaqlı kremli piroq şirniyyatı qaymaq sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10