qatıqlı pərpətöyün salati

qatıqlı pərpətöyün salati

Qatıqlı Pərpətöyün Salatı (Yoğurtlu Semizotu Salatası)

Ərzaqlar

  • 6 nəfərlik salat üçün
  • 1 böyük dəstə təzə pərpətöyün
  • 2 fincan və ya bir qədər çox qatıq
  • 2 diş əzilmiş sarımsaq (qədərini zövqə görə müəyyənləşdirin)
  • Duz,zövqə görə
  • Üzərinə çiləmək üçün zeytun yağı, səpmək üçün paprika (şirin qırmızı istiot)

Hazırlanması

  1. Pərpətöyün təmizlənir, gövdələri kəsilir. Yarpaqlı hissə iri-iri doğranır,doğrandıqdan sonra təmiz yuyulur. Suyu süzülüb qurudulur (tez olsun deyə mən mətbəx salfetiylə ehmalca qurulayıram).
  2. Bir qabda qatıqla əzilmiş sarımsaq qarışdırılır. Pərpətöyün əlavə olunur,yavaşca qarışdırılır. Tam qarışdıqdan sonra zövqə görə duz qatılır. Hazır salat dayaz boşqaba boşaldılır. Üzərinə bir qədər zeytun yağı çilənir, paprika səpilir və süfrəyə verilir.

Hakkında:  Bu salat Türkiyənin Ege bölgələrinə aiddir. Ləzzətli və yüngüldür. Hər damaq dadına uyğundur.

 

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10