Qatıqlı mürəbbəli tort

Ərzaqlar

  • Tərkibi:
  • 1 su stəkanı  qatıq
  • 1 su stəkanı  şəkər
  • 2 su stəkanı un
  • 2 yumurta
  • 1 su stəkanı zövqə görə mürəbbə
  • 1 xörək qaşığı kakao
  • ½ paket qabartma tozu
  • ½ paket vanil
  • Krem üçün:
  • 1 su stəkanı şəkər
  • 200 qram xama

Hazırlanması

  1. Yumurta ilə şəkəri mikserlə çalın.
  2. Başqa qabda mürəbbə ilə qatığı mikserlə çalın və yumurtaya əlavə edin.
  3. Unla qabartma tozu, kakao və vanili qarışdırın və yumurtalı qarışığa əlavə edin.
  4. Dairə formasında olan soba qabın yağlayın və xəmiri əlavə edin.
  5. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
  6. Korj soyuduqdan sonra 2 hissəyə bölün. Üstdən şişən hissəni kəsib ovun.
  7. Kremi hazırlamaq üçün xama ilə şəkəri mikserlə çalın.
  8. Korjları kremləyib üst-üstə yığın. Ovuntu ilə yanların örtün. Üsdünə şokolad da sürtgəcdən keçirdib səpə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10