Qatıqlı Keks

Qatıqlı Keks

Qatıqlı Keks

Ərzaqlar

  • 500 ml qatıq
  • 200 q un
  • 4 yumurta
  • 1 ç.q. qabartma tozu

    İç üçün:

  • 1 dəstə göy soğan
  • 100 q bərk pendir
  • 1 bişmiş yumurta

Hazırlanması

  1. İçin hazırlanamsı: Pendiri sürtgəcdən keçirin, yaxud xırda doğrayın, xırda doğranmış göy soğan və kubik doğranmış bişmiş yumurta ilə qarışdırın. İç hazırdır.
  2. Qeyd: Güclü dadı olan pendir seçin, ətirli və bir qədər duzlu olsun, məsələn, Oltermani, Qauda, Tilziter, yaxud Edam. Xəmirin hazırlanması:
  3. Unu qatıqla qarışdırın. Yumurtaları, duz-istiot, 1 çay qaşığı da şəkər tozu əlavə edin.
  4. Qabartma tozunu ən sonda əlavə edin, qarışdırın. Xəmir duru alınmalıdır. Sinini yağlayın.
  5. Xəmirin yarısını içinə tökün. İçi döşəyin.
  6. Xəmirin qalanını üzərinə töküb 180 dərəcə qızdırılmış sobaya qoyun.
  7. Bişirdikdən dərhal sonra sobadan çıxarmayın. Bir qədər soyumasını gözləyin.

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qatıqlı  keksiniz yumşaq olacaq. Nuş olsun!

 

5 Comments

  1. 500 ml.nece stekandi

  2. 500 ml iki stekan yarim 200 ml bir stekandir

  3. etmisem bundan yoldasim sevir

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10