
Qatılaşdırılmış südlü şarlotka
Ərzaqlar
- 4 yumurta
- 1 banka qatılaşdırılmış süd
- 240 qram un
- 1 çay q. qabartma tozu
- Darçın zövqə görə
- 5 dənə orta ölçülü alma
- 1 dənə sürtgəcdən keçirilmiş limon qabığı
- 2 xörək q. kişmiş
- 3 xörək q. doğranmış qoz
Hazırlanması
- Bir qabda qabartma tozunu unla qarışdırın.
- Yumurta ilə qatılaşdırılmış südü mikserlə çalın və üzərinə unu əlavə edin.
- Almaları yuyun, tumlarını təmizləyin və halqa formasında doğrayın.
- Qoz, kişmiş, darçın və sürtgəcdən keçirilmiş limon qabığını almalara qatıb qarışdırın.
- Sonra xəmirə qatın.
- Yağlanmış soba qabına almalı xəmiri tökün və 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
Nuş olsun!
Qatılaşdırılmış südlü şarlotka piroq sevənlər üçün əla seçimdir.
ən son şərh