Qatılaşdırılmış südlü, kəsmikli keks

Qatılaşdırılmış südlü, kəsmikli keks

Ərzaqlar

  • 100 qram kərə yağı

     

  • 100 qram şəkər

     

  • 3 yumurta

     

  • 200 qram un

     

  • 200 qram kəsmik

     

  • 1 çay q. qabartma tozu

     

  • 1 çay q. Vanil

     

  • 100 qram qatılaşdırılmış süd

     

  • Qoz

Hazırlanması

  1. Sobanı 180 dərəcə qızdırın.
  2. Yağı şəkər ilə qarışdırın.
  3. Yumurtanı əlavə edib mikserlə çalın.
  4. Sonra kəsmiyi və vanili əlavə edin.
  5. Una qabartma tozu qatıb qarışığın üzərinə tökün.
  6. Bərk olmayan xəmir alınmalıdır.
  7. Yağlanmış keks  qablarının yarısına qədər xəmirdən töküb 2 çay qaşığı qatılaşdırılmış süd və doğranmış qoz əlavə edin, üstünə yenə xəmirdən tökün.
  8. Keks qabları tam dolmamalıdır.
  9. 20-30 dəqiqə sobada bişirin.
  10. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Qatılaşdırılmış südlü, kəsmikli keks çox ləzzətli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10