Qaspaço

Qaspaço

Qaspaço

Ərzaqlar

  • 12-14 orta yetişmiş pomidor
  • 2 xiyar
  • 2 bolqar bibəri
  • 1 baş qırmızı soğan
  • 1 diş sarımsaq
  • 4-5 dilim qara çörək (qabıqsız)
  • 80-90 ml zeytun yağı
  • 2-3 x.q. qırmızı üzüm sirkəsi
  • cəfəri
  • iri duz
  • əzilmiş qara istiot
  • tabasko sousu (istəyə görə)

Hazırlanması

  1. Xırda doğranmış sarımsaqla iri duzu həvəngdəstədə pasta halına gələnədək əzin.
  2. Qara çörəyin içini və zeytun yağını buraya əlavə edib yenə əzməkdə davam edin.
  3. Ağzını bağlayıb soyuducuya qoyun. Soğanı xırda doğrayıb üzərinə üzüm sirkəsi tökün. Qoyun bir az qalsın.
  4. Pomidorların üzərini bıçaqla çarpaz çərtərək qaynar su tökün, belədə qabığı yaxşı təmizlənəcək.
  5. Bolqar bibərinin üzərinə azca bitki yağı çəkib isti sobada 10 dəqiqə bişirin.
  6. Üzəri bir az qızarandan sonra çıxarıb qaba yığın, ağzını bağlayıb 5 dəqiqə saxlayın.
  7. Xiyarın qabığını soyun. Cəfərini doğrayın. Pomidorların toxumunu çıxarın.
  8. Bir az xırdalayıb bu tərəvəzlərin hamısını blenderdən keçirin.
  9. Buraya əvvəlcədən hazırladığınız çörəkli pastanı, sirkəli soğanı və azca zeytun yağı əlavə edib yenə blenderi işə salın.
  10. Bircinsli maye alınanda duzunu yoxlayın. Əgər istəsəniz, tabasko sousu əlavə edə bilərsiniz.
  11. Sonra bu şorbanı bir neçə saatlığa soyuducuya qoyun. Qaspaço soyuq yeyilir.
  12. Süfrəyə verərkən üzərinə limon sıxa, avokado şirəsi, suxarı əlavə edə bilərsiniz..

Haqqında: Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.Nuş olsun!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10