
Qaşıq Qulpu Mantı
Qaşıq Qulpu Mantı
Ərzaqlar
- 1 çay qaşığı duz
- 1 su stəkanı qatıq
- 3 yemək qaşığı labne pendiri
- 1 yemək qaşığı bibər pastası
- 3 yemək qaşığı duru yağ300 qr un
- 2 ədəd yumurta
Hazırlanması
- Dərin yoğurma qabının içinə unu ələyərək əlavə edin və ortasını açıb yumurta və duzu əlavə etdikdən sonra yaxşıca qarışdırın və su əlavə edib yoğurun.
- Xəmiri 3 yerə ayırın üzərinə təmiz nəmli bir bezlə örtüb 20 dəq. saxlayın.
- Sonra xəmiri unlu dəzgahda oxlov köməyi ilə 1-2 mm qalınlığında açın və 1,5 sm böyüklüyündə kvadratlar kəsin kvadratların dörd qismini ortada birləşəcək şəkildə bağlayın.
- Bir qazanda su töküb qaynadın.
- Hazırladığınız Mantıları qaynayan suya salıb sonra çıxarıb süzün və boşqaba qoyun.
- Qatıq və labne pendirindən yaxşıca qarışdırıb Mantının üzərinə gəzdirərək tökün.
- Ayrı bir qabda duru yağ və bibər pastasını qovurun, Mantının üzərinə töküb servis edin.Nuş olsun!
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.
One Comment