Qarışqa yuvası  tortu

Qarışqa yuvası tortu

Ərzaqlar

  • 200 qram kərə yağı

     

  • 0,5 su stəkanı şəkər

     

  • 4 su stəkanı un

     

  • 0,5 su stəkanı xama

     

  • 1 paket qabartma tozu

     

  • Krem:

     

  • 100 qram kərə yağı

     

  • 1 banka bişmiş qatılaşdırılmış süd

Hazırlanması

  1. 200 qram kərə yağını yumşaldıb şəkərlə çalın.
  2. Bu qarışığa xama əlavə edin.
  3. Qabartma tozunu una qatın və xəmirə əlavə edin.
  4. Xəmir bərk formada alınmalıdır.
  5. Soba qabına yağlı kağız qoyun.
  6. Xəmiri ət çəkən maşından çəkib soba qabına qoyun.
  7. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada qızılı rəng alana qədər bişirin.
  8. Qalan kərə yağı ilə bişmiş qatılaşdırılmış südü çalıb krem hazırlayın.

     

  9. Bişmiş xəmir soyuduqdan sonra onu əllə xırda hissəciklərə bölüb iri bir qaba qoyun.
  10. Üzərinə kremi əlavə edib yaxşı qarışdırın.

     

  11. Kremli xəmiri dağ formasında qarışqa yuvası formasında tort qabına  yığın.
  12. Yanlarını qaşıqla bərkidə bilərsiniz.

Nuş olsun!

Qarışqa yuvası tortu asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10