Qarışıq Ərişde

Qarışıq Ərişde

Qarışıq Ərişdə

Ərzaqlar

  • 2 su stəkanı su
  • 2 xörək qaşığı kərə yağı
  • 300 qram ev əriştəsi
  • 2 ədəd orta ölçülü balqabaq
  • 1 ədəd qırmızı bibər
  • Yarım su stəkanı konserv qarğıdalı
  • Yarım su stəkanı dördə bölünmüş qoz
  • 5-6 budaq şüyüd
  • Duz

Hazırlanması

  1. Süd, 2 su stəkanı su, 1 xörək qaşığı kərə yağı və duzu bir qazana töküb ocağa qoyun.
  2. Qaynamağa başlayınca üzərinə əriştələri əlavə edin.
  3. Digər tərəfdən qalan kərə yağını əridib kub-kub doğranmış balqabaq və qırmızı bibəri bişirin.
  4. Ocaqdan götürməyə yaxın, qarğıdalıları və duzunu da əlavə edin.
  5. Hamısını birlikdə bir iki dəfə qarışdırdıqdan sonra ocaqdan alın.
  6. Bişən əriştələri süzüb servis qabına alın.
  7. Üzərinə tərəvəzli qarışığı əlavə edin. Qozları əlavə edin.
  8. Şüyüd ilə bəzəyərək servis edin.

Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!

 

 

3 Comments

  1. lahmacunun reseptini lazimdir mene

  2. qarisiq eristenin gorunusu yaxsidir dadi…….

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10