Qaragilə Piroqu

Qaragilə Piroqu

Qaragilə Piroqu

Ərzaqlar

  • 1,5 stəkan qaragilə
  • 4-6 x.q. şəkər tozu

    Xəmir üçün

  • 2 stəkan un
  • 200 qram kərə yağı və yaxud marqarin
  • 2-3 x.q. şəkər tozu
  • 1 ç.q. vanil şəkəri
  • Bir çimdik duz
  • 1 yumurta sarısı

    Şirə üçün:

  • 180-200 qram xama
  • 2 ədəd yumurta
  • 2-3 x.q. şəkər tozu
  • 1 ç.q. vanil şəkəri
  • 2 xəqə kartof nişastası

     

Hazırlanması

  1. Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin.
  2. Qaragiləni yuyub, təmizləyin.
  3. Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.
  4. Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin.
  5. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin.
  6. Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin.
  7. Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.
  8. Piroqun şirəsini hazırlamağa başlayın.
  9. Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.
  10. Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.
  11. 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.
  12. İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz.
  13. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qaragilə piroqu yumşaq olacaq.Nuş olsun!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10