Qarağatlı-qaymağlı tort

Ərzaqlar

  • Tərkibi:
  • 150 qram peçenye
  • ½ paket vanil
  • 450 qram qarağat
  • 150 qram şəkər
  • 400 qram 33%-li qaymağ
  • 6 ədəd yumurta

Hazırlanması

  1. Yumurtanı şəkər və vanillə mikserlə çalın.
  2. Qaymağı başqa qabda mikserlə çalın.
  3. Yumurta və qaymağı qarışdırın.
  4. Bəzək üçün 10 ədəd qarağat kənara qoyun.
  5. Qalan qarağatı mikserlə pure halına salın. Kremin 1/3 hissəsinə qarağatı əlavə edib qarışdırın.
  6. 24×24 sm qaba perqament kağız qoyun və peçenyeləri 1 sıra qabın yerinə və yanlarına düzün.
  7. Ağ kremdən bir az kənara bəzək üçün qoyun. Qalan ağ kremi peçenyelərin üsdünə tökün.
  8. Üzərinə qarağatlı kremi əlavə edin.
  9. 1 gecə soyuducuda saxlayn.
  10. Səhər üsdünə bəzək kimi kremdən yumru sariklər qoyub ortasına qarağat qoya bilərsiniz.
  11. Yayın isdi havalarında tez hazırlanan dadlı desertdir.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10