Qara prins tortu
Ərzaqlar
- Tərkibi:
- 300 qram şokolad
- 100 qram kərə yağı
- ¾ su stəkanı şəkər
- 3 yumurta
- ½ su stəkanı kakao
- 100 qram qaymağ
Hazırlanması
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
- 150 qram şokolad ilə yağı əridin.
- Şokolad soyuduqdan sonra üzərinə şəkəri, yumurtanı, kakaonu əlavə edin.
- 20 sm ölçülü soba qabına perqament kağız qoyub şokoladlı kütləni ora əlavə edib 25 dəqiqə sobada bişirin.
- Kremi hazırlamaq üçün qalan şokoladı bir qaba qoyun və üzərinə qaymağı əlavə edib qazda şokolad əriyənəcən qarışdırın.
- Korjun üsdünə kremi tökün və 2 saat soyuducuda saxlayın.
- Şokolad sevənlər üçün çox dadlı təamdır.
Nuş Olsun!
ən son şərh