Qara meşə tortu

Qara meşə tortu

Ərzaqlar

  • 5 yumurta

     

  • 70 qram un

     

  • 500 qram 35%-li qaymaq

     

  • 250 qram albalı

     

  • 200 qram su

     

  • 350 qram şəkər

     

  • 1 çay q. nişasta

     

  • 1 çay q. çay soda

     

  • 200 qram şəkər tozu

     

  • 1 çimdik duz

     

  • 30 qram kakao tozu

Hazırlanması

  1. Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırın.
  2. Sarısını 200 qram şəkər ilə mikserlə çalın.
  3. Ağını ayrı qabda bərkiyənə qədər çalın və yumurtanın sarısına taxta qaşıq ilə qarışdıra-qarışdıra əlavə edin.

     

  4. Kakaonu, duzu, sodanı una qatıb yumurtalı kütləyə yavaş yavaş əlavə edin.
  5. Alınmış xəmiri 3 hissəyə bölün.
  6. Soba qabına yağlı kağız qoyun.
  7. Xəmiri yayıb əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30-40 dəqiqə bişirin.
  8. Albalını yuyub tumlarını təmizləyin.
  9. Bir az bəzək üçün götürün.
  10. Qalanının  üzərinə 50 qram şəkər səpik ki, öz şirəsini buraxsın.

     

  11. Korjları islatmaq üçün sirop hazırlayın.
  12. 100 qram suyu odda qaynadın.
  13. Albalıları əlavə edib qaynamasını gözləyin.
  14. Qaynayanda nişasta əlavə edin.
  15. Bir neçə dəqiqə qaynadıqdan sonra maye bərkiyəcək.
  16. Oddan götürüb üstünü qida kağızı ilə yaxşı örtün.

     

  17. Qaymağı mikserlə çalın.
  18. Şirin krem sevənlər qaymağa 200 qram şəkər tozu qata bilərlər.

     

  19. Birinci korjun üzərinə qaymaq sonra vişnəli məhlulu çəkin.
  20. 2-ci korju da bu qayda ilə təkrarlayın.
  21. 3-cünün üstünə qaymaq töküb tortun kənarlarını da qaymaqla bağlayın.

     

  22. Üstünə sürtgəcdən keçirilmiş şokolad və albalı düzə bilərsiniz.
  23. Sonra 2 saat soyuducuda saxlayın.

Nuş olsun!

Qara meşə tortu şirniyyatı çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10