Qara gavalılı tort

Ərzaqlar

  • Tərkibi:
  • 2 yumurta
  • 1 banka qaynadılmış süd
  • 1 su stəkanı un
  • ½ paket qabartma tozu
  • ½ paket vanil
  • 600 qram xama
  • 150 qram şəkər
  • 100-150 qram qara gavalı

Hazırlanması

  1. Yumurtanı mikserlə şalın.
  2. Üzərinə qaynadılmış südü əlavə edin.
  3. Unu qabartma tozu və vanillə qarışdırıb yumurtalı qarışığa əlavə edin.
  4. Dairə formasında olan soba qabını yağlayın və xəmiri ora əlavə edin.
  5. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
  6. Korji soyuduqdan sonra 2 hissəyə bölün.
  7. Kremi hazırlamaq üçün qara gavalı qurusu tumludursa tumdan təmizləyib yuyub doğrayın.
  8. Xamanı şəkərlə mikserlə çalın və sonda qara gavalını əlavə edin.
  9. Korjların hər tərəfin kremləyib üst-üstə düzün.
  10. 3-4 saat soyuducuda saxlayıb servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10