Qara gavalılı, əncirli beze tortu

Qara gavalılı, əncirli beze tortu

Ərzaqlar

  • 1 su stəkanı şəkər

     

  • 1 paket vanil

     

  • 1 çimdik duz

     

  • 1 çay q. duru yağ

     

  • 200 qram kərə yağı

     

  • 1 banka bişmiş süd

     

  • 70 qram qara gavalı

     

  • 70 qram quru əncir

     

  • 2 xörək q. doğranmış fındıq

     

  • 50 qram şokolad

     

  • 4 yumurtav

Hazırlanması

  1. Beze hazırlamaq üçün yumurta otaq temperaturunda olmalıdır.
  2. Yumurtanın ağını sarısəından ayırın.
  3. Sarıları bizə laım olmayacaq.
  4. Mikserlə yavaş sürətlə yumurta ağlarını çalın.
  5. Ağ köpük formaya düşəndə bir çimdik duz, şəkər tozu və vanil qatın və çalmağa davam edin.
  6. Şəkər həll olduqda çalmağı saxlayın.
  7. Alınmış bize xəmirini iki hissəyə bölün.
  8. Dairə formasında olan soba qabına yağlı kağız qoyun və bize korjlarını əvvəlcədən isidilmiş 100-110 dərəcəli sobada 40 dəqiqədən 1 saat 10 dəqiqəyə qədər növbə ilə bişirin.
  9. Bişmə vaxtı sobadan və korjun qalınlığından asılıdır.
  10. Qara gavalı və əncir qurusunu yuyun və qaynar su töküb 1q-1,5 saat saxlayın.
  11. Sonra suyunu süzün və blendrdə xırdalayın.

     

  12. Kremi hazırlayın.
  13. Kərə yağı və bişmiş südü mikserlə çalın.
  14. Üzərinə xırdalanmış quru meyvəni əlavə edin.
  15. Bezeli korjlara krem çəkin və üst-üstə qoyun.
  16. Kənarlarını da kremləyin.
  17. Üstünü şokolad ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Qara gavalılı, əncirli beze tortu çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10