Qara çörəkdən şarlotka

Qara çörəkdən şarlotka

Ərzaqlar

  • 2 st. qara çörək ovuntusu
  • 12 alma
  • 1 st. şəkər tozu
  • 2 st. xama

Hazırlanması

  1. Qara boyat çörəyi sürtgəcdən keçirin.
  2. 2 stəkan ovuntu gərək olacaq.
  3. Almaların qabığını soyun, tumunu çıxarın, dilimləyin.
  4. Dairəvi odadavamlı siniyə bir lay çörək ovuntusu səpin, sonra bir lay alma düzün, üstünə şəkər tozu səpin.
  5. Sonra yenə çörək ovuntusu səpin və almanın qalanını döşəyin.
  6. Üzərinə şəkər tozu səpin.
  7. 2 stəkan xamanı üzərinə yayın.
  8. Üstünə yenə çörək ovuntusu səpin.
  9. 200 dərəcə qızdırılmış sobada üst çörək qatı xamanı hopdurub qızaranadək, təxminən 40 dəqiqə bişirin.
  10. Süfrəyə yağlı qaymaqla verə bilərsiniz.

Nuş olsun!

Qara çörəkdən şarlotka  asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10