
Qara çörəkdən şarlotka
Ərzaqlar
- 2 st. qara çörək ovuntusu
- 12 alma
- 1 st. şəkər tozu
- 2 st. xama
Hazırlanması
- Qara boyat çörəyi sürtgəcdən keçirin.
- 2 stəkan ovuntu gərək olacaq.
- Almaların qabığını soyun, tumunu çıxarın, dilimləyin.
- Dairəvi odadavamlı siniyə bir lay çörək ovuntusu səpin, sonra bir lay alma düzün, üstünə şəkər tozu səpin.
- Sonra yenə çörək ovuntusu səpin və almanın qalanını döşəyin.
- Üzərinə şəkər tozu səpin.
- 2 stəkan xamanı üzərinə yayın.
- Üstünə yenə çörək ovuntusu səpin.
- 200 dərəcə qızdırılmış sobada üst çörək qatı xamanı hopdurub qızaranadək, təxminən 40 dəqiqə bişirin.
- Süfrəyə yağlı qaymaqla verə bilərsiniz.
Nuş olsun!
Qara çörəkdən şarlotka asan hazırlanan şirniyyatdır.
ən son şərh