Qabırğa Dolması

Qabırğa Dolması

Qabırğa Dolması

Ərzaqlar

  • 3 kq qoyun qabırğası
  • 1,5 su st. düyü
  • 250 q qoyun əti
  • 1 ç.q. bəyaz istiot
  • 1 ç.q. qara istiot
  • 0,5 qəhvə qaşığı darçın
  • 1 ç.q. duz
  • 2 soğan
  • 0,5 su st. badam
  • 0,5 su st. antep fıstığı
  • 0,5 dəstə cəfəri

    qapağı bərkitmək üçün:

  • 1,5 su st. un
  • 1 x.q. duz
  • 1 st su

    sous:

  • 1,5 x.q. qatıq
  • 1 x.q. kərə yağı
  • 4-5 budaq rozmarin

     

Hazırlanması

  1. Düyünü duzlu suda 10-15 dəqiqə isladın.
  2. Qabırğanın üzərini cib kimi kəsin.  1 soğanı xırda doğrayın.
  3. Düyünü, antep fıstığını (yaxud qovrulmuş badam, dolma (şam) fıstığı), istiot, bəyaz istiot, doğranmış cəfəri, xırda doğranmış quzu ətini, azca duz, darçın əlavə edib qarışdırın. Quzu qabırğasının içinə doldurun.
  4. Ağzını tikin. İri qazana qoyun. Üstünə su tökün. Yanına bir iri bütöv (qabığı təmizlənmiş) soğan qoyun.

     

  5. Qazanın qapağını örtün.
  6. Kip olsun deyə un, su və duzdan xəmir yoğurun, qapağın qırağı ilə qazanın ağzına xəmiri yapışdıraraq bərkidin 2 saat vam odda bişdikdən sonra siniyə qoyun.
  7. Üzərinə kərə yağı, qatıq, istəsəniz, azca tomat pastasının qarışığından olan sous çəkin. Rozmarin səpin. Sobada üstü qızaranadək bişirin. Nuş olsun!

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10