Qəfəs tortu

Qəfəs tortu

Ərzaqlar

  • Ispanaqlı pandispanya üçün; 
  • 2 yumurta 
  • 1 çay stəkanı şəkər 
  • 2 yemək qaşığı ıspanaq suyu 
  • 1 çay stəkanı + 1 yemək qaşığı un 
  • Yarım çay qaşığı qabartma tozu 
  • kakaolu pandispanya 
  • 2 yumurta 
  • 1 çay stəkanı şəkər 
  • 1 yemək qaşığı kakao 
  • 1 çay stəkanından biraz az un 
  • Yarım çay qaşığı qabartma tozu 
  • Kremi üçün; 
  • 1 yumurta sarısı 
  • 3 su stəkanı süd 
  • 2 yemək qaşığı nişasta 
  • 1, 5 yemək qaşığı un 
  • 3 yemək qaşığı hindistan qozu 
  • 1 vanil 
  • 1 yemək qaşığı kərəyağ 
  • 4 yemək qaşığı şəkər 
  • Arasına banan

Hazırlanması

  1. Əvvəlcə kremi hazırlayaq.
  2. Vanil, kərəyağ istisna olmaqla qalan ərzaqları çırpıb qaza qoyaq tündləşənə qədər qarışdıraraq bişirək.
  3. bişdikdən sonra qazın altını söndürüb kərəyağ ilə vanil əlavə edib qarışdırın.
  4. Pandispanya üçün böyük dördbucaq qabın içinə yağlı kağızı səririk.
  5. əvvəlcə şəkər, yumurta ağarana qədər çırpıb digər ərzaqları əlavə edib qaşıqla qarışdırıb qaba tökək.
  6. əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 10 dəqiqə bişirək.
  7. 10 dəqiqəni keçməsin. 10 dəqiqədən sonra sobadan götürüb nəm parçanın üzərinə qoyaq pandispanyanı soyuyanda uzun şəkildə kəsək.
  8.  Alüminium folqa üzərində bu uzun xəmirlərdən qəfəs hörək.
  9. Üzərinə kremi yayıb banan qoyub rulo şəklində bükək.

Nuş olsun!

Qəfəs tortunun hazırlanması biraz zaman alsa da, çox ləzzətli şirrniyyatdır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10