Pudinqli Heyva Şirniyyatı

Pudinqli Heyva Şirniyyatı

Pudinqli Heyva

Ərzaqlar

  • 2 ədəd heyva
  • 2 çay stəkanı toz seker
  • 1 çay stəkanı su
  • 1 ədəd rəndələnmiş alma
  • 2 xörək qaşığı qoz
  • yarım paket hazır kakaolu pudinq
  • 1 su stəkanı süd
  • 1 desert qaşığı marqarin
  • 1 xörək qaşığı rəndələnmiş şokolad

Hazırlanması

  1. Heyvaları ortadan iki hissəyə ayırın.
  2. Təmizləyib qazana düzün. Ortasına toz şəkər səpin.
  3. Suyu əlavə edin. Az dərəcəli odda 15 dəqiqə bişirin.
  4. Soyuyunca heyvaları boşqaba qoyun. Rəndələnmiş almaya, qozu qarışdırın.
  5. Heyvaların ortasına doldurun. Pudinqi süd ilə qarışdırıb orta atəşdə bişirin.
  6. Pudinq konsistensiyasına gəlincə 1 desert qaşığı marqarini əlavə edib, qarışdıraraq əridin və ocaqdan alın.
  7. Heyvaları üzərinə yayın. Ən üstə rəndələnilmiş şokoladı səpib, süfrəyə təqdim edin.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10