Pryanikli xamalı tort
Ərzaqlar
- Tərkibi:
- 2 ədəd banan
- 130 qram şəkər pudrası
- 60 qram südlü şokolad
- 300 qram şokoladlı pryanik
- 350 qram 25%-li xama
Hazırlanması
- Pryanikləri ortadan 2 hissəyə bölün.
- Bananları halqa formasında doğrayın.
- Kremi hazırlamaq üçün xamanı şəkər pudrası ilə çalın.
- Tortu hazırlamaq üçün hər dilim pryaniki kremdə fırladın və dairə formasında olan hər hansı bir qaba 1 sıra düzün. Aradakı boşluqları da xırda pryanik kusoklarıni kremləyib doldurun.
- 1 sıra düzdükdən sonra üsdünə krem çəkin və banan dilimlərini düzün.
- Bu prosesi təkrar edib pryanikləri dağ formasında üst-üstə düzün.
- Alınmış dağ formasında tortun kənarların da xamalı kremlə örtün.
- Şokoladı su vannasında əridin və tortun üzərinə tökün.
- 8-12 saat soyuducuda saxlayın.
Nuş Olsun!
ən son şərh