Pryanikli şokoladlı-bananlı tort

Pryanikli şokoladlı-bananlı tort

Ərzaqlar

  • 500 qram şokoladlı pryanik

     

  • 500 qram xama

     

  • 3 banan

     

  • ¼ su stəkanı şəkər

     

  • Şokolad zövqə görə

     

  • 4 xörək q. kakao

Hazırlanması

  1. Şokoladlı pryanikləri 3 yerə bölün.
  2. Krem hazırlayın.
  3. Xama, kakao, şəkəri mikserlə şəkər tam həll olana qədər çalın.
  4.  Bananların qabığını təmizləyin və halqa formasında doğrayın.
  5. Tort hazırlayacağınız qaba pryanikləri 1 qat yığın.
  6. Boşluqları pryanik ovuntuları ilə doldurun.
  7. Üzərinə krem çəkin və banan düzün.
  8. Yenə krem çəkin və bu prosesi pryanik qurtaranacan təkrarlayın.
  9. Sonda üzərinə şokoladı sürtgəcdən keçirib səpin.
  10. Soyuducuda 24 saat saxlayın.

Nuş olsun!

Pryanikli şokoladlı-bananlı tort asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10