Profiterol

Profiterol

Ərzaqlar

  • 125 qr marqarin (yarım paket) 
  • 3 ədəd yumurta 
  • 1 su bardağı su 
  • 1 su stəkanı  un 
  • Kremi üçün; 
  • 2,5 su stəkanı süd 
  • 1,5 çay stəkanı şəkər tozu 
  • 3 yemək qaşığı un 
  • 1 paket vanil 
  • Üzəri üçün; 
  • 1 paket hazır şokolad sousu 
  • 2,5 su stəkanı süd

Hazırlanması

  1. Marqarin və suyu qazanda qaynadırıq  marqarin əriyib su qaynayandan sonra üzərinə 1 su stəkanı unu ələyib tez tez qarışdırırıq.
  2. xəmir qatılaşandan sonra 2-3 dəqiqə yenə qarışdırıb altını söndürüb xəmiri soyumağa qoyuruq.
  3. Xəmir soyuduqdan sonra 1 ədəd yumurtamızı xəmirə sındırıb mikser vasitəsilə yumurtanı xəmirə yaxşıca hopdururuq.
  4. Daha sonra 1 yumurta daha qırıp təkrar yumurtanı xəmirə hopdururuq,eyni şəkildə son yumurtanı da etdikdən sonra əlimizə iki  ədəd yemək qaşığı götürüb xəmirdən biraz alıb yağladığımız və ya yağlı kağız sərdiyimiz sini qaba iki qaşıq köməyi ilə şəkildə göründüyü kimi xəmirləri düzürük.
  5. Bütün xəmiri bu şəkildə etdikdən sonra 180 dərəcə sobada qapağını heç açmadan xəmirlərimizi bişirməyə qoyuruq.
  6. Onlar bişərkən kremi və şokolad sousumuzu hazırlayaq.
  7. Krem üçün bir qazanın içinə süd, şəkər, unu qoyub qarışdırırıq.
  8. Krem göz göz atmaya başladıqdan sonra altını söndürüb vanili əlavə edib təkrar qarışdırıb soyumağa qoyuruq.
  9. Şokolad sousunu da paketin arxasında yazılan qaydada hazırlayıb soyumağa qoyuruq.
  10. O arada qabaran və üzəriləri yüngül qızaran xəmirlərimizi sobadan çıxarırıq.
  11. İlk istiliyi keçəndən sonra 1 bıçaq köməyi ilə qoparmadan ortadan ikiyə kəsip arasına yemək qaşığı ilə krem doldurub servis boşqabına tək tək düzürük.
  12. Bütün xəmirləri bu şəkildə edib ən son profiterolların üzərinə şokolad sousu gəzdiririk.

Nuş olsun!

Profiterol asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10