Portağallı keks

Portağallı keks

Portağallı keks

Ərzaqlar

  • 1 st. un
  • 1 st. şəkər tozu
  • 2 yumurta
  • 1 st. portağal şirəsi
  • 1 portağalın sedrası
  • 1 vanil
  • 1 ç.q. qabartma tozu
  • kərə yağı

Hazırlanması

  1. Yumurtaların ağını sarısından ayırın.
  2. Un və qabartma tozunu birlikdə ələyin.
  3. Yumurta sarılarını şəkər tozu və vanillə çalın, una əlavə edin.
  4. Portağal sedrasını da bura qatın (sadəcə, portağalın qabığını sürtgəcdən unun üzərinə keçirə bilərsiniz, portağal qabığının ağ hissəsi lazım deyil, o, acılıq verir).
  5. Xəmirə tədricən yarım stəkan şirə əlavə edin, qarışdırın.
  6. Yumurta ağlarını möhkəm çalın, səliqə ilə xəmirə əlavə edin.
  7. Xəmir çox qatı deyil, təxminən şarlotkanın xəmiri kimi olmalıdır.
  8. Formanı kərə yağı ilə yağlayın, xəmiri içinə tökün.
  9. 180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
  10. Hazır olduqdan sonra, hələ qaynar-qaynar, üzərində kəsiklər edib şirənin qalanını da keksin üzərinə tökün.

Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, portağallı  keksiniz yupyumuşaq olacaq. Nuş olsun!

 

One Comment

  1. Serh aydin yazilmayib((sire hardan cixdi kere yagi ne qeder olmalidir.ozumden eledim.gorek ne alincaq

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10