Portağal souslu tart keksi

Portağal souslu tart keksi

Ərzaqlar

  • Keks üçün: 
  • 2 yumurta 
  • 1/2 su stəkanından biraz çox şəkər (3/4 su stəkanı) 
  • 1 çay stəkanı süd 
  • 1 çay stəkanı duru yağ 
  • 1, 5 su stəkanından biraz az un ( 1+1/4 su stəkanı) 
  • 1 paket qabartma tozu 
  • 1 portağal qabığı rəndəsi 
  • Portağal Sousu üçün: 
  • 3 su stəkanı təzə sıxılmış portağal suyu 
  • 3 dolu yemək qaşığı nişasta 
  • Toz şəkər 
  • Üstü üçün: 
  • şokolad çubuqları 
  • Portağal dilimi istifadə edə bilərsiniz.

Hazırlanması

  1. Keks üçün
  2. Yumurta və şəkər qarışdırılır, əvvəlcə durular sonra qatı ərzaqlar əlavə edilib son dəfə qarışdırılır
  3. Qarışım tart qabına tökülür əvvəlcədən isidilmiş 175 dərəcədə sobada 20 dəqiqəyə qədər bişirilir.
  4. Bişəndə soyumağa qoyulur. 
  5. Portağal sousu
  6. 3 su stəkanı təzə sıxılmış və süzülmüş portağal suyu bir qazana qoyulur, nişastanı əlavə edib qarışdırılır, damaq dadına görə şəkər əlavə edilir və qarışdırılaraq krem olana qədər bişirilir.
  7. Soyuyanda üzərnə şokolad çubuqları qoyulub bəzədilir.
  8. Servisə hazırdır.

Nuş olsun!

Portağal souslu tart keksinə portağal xüsusi dad verəcək.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10