
Portağal kremli köklü keks
Ərzaqlar
- Keks üçün;
- 3 yumurta
- 1,5 su stəkanı şəkər
- 1 su stəkanı süd
- yarım su stəkanı duru yağ
- 2 ədəd kök
- 1 su stəkanı döyülmüş qoz
- 2 su stəkanı un
- 1 yemək qaşığı darçın
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 1 ədəd rəndələmiş portağal qabığı
- yarım su stəkanı portağal suyu
- Krem üçün;
- 2 su stəkanı süd
- yarım su stəkanı portağal suyu
- 1 yemək qaşığı un
- 1 yemək qaşığı nişasta
- yarım su stəkanı şəkər
- rəndələnmiş portağal qabığı
- 1 paket vanil
- 1 yemək qaşığı margarin
- Islatmaq üçün :
- yarım su stəkanı qədər portağal suyu
Hazırlanması
- əvvəlcə tortun keksi hazırlanılır.
- Bunun üçün yumurtalar şəkərlə mikserlə köpük köpük olana qədər qarışdırılır.
- Daha sonra içinə süd, portağal suyu və yağ əlavə edilir və çırpmağa davam edilir.
- Rəndələnmiş kök, qoz, darçın və portağal qabığı əlavə edilərək qarışdırılır.
- Son olaraq un, qabartma tozu və vanil ələkdən keçirilərək xəmirə əlavə edilir.
- Hazırlanan keks xəmiri dairəvi soba qabına tökərək əvvəlcədən isidilmiş 180 dərəcədə sobada 20 dəqiqə qədər bişirilir.
- Krem hazırlanır.
- Bunun üçün də margarin və vanil istisna olmaqla digər krem ərzaqları qazanda qarışdırılaraq bişirilir.
- Krem göz göz olduqdan sonra ocağın altı söndürülür və kremə margarin və vanil əlavə edilir.
- Son dəfə qarışdırılır.
- Bişən və sobadan çıxarılan keks ilıq olanda portağal suyuyla ısladılır və ilıq keksin üzərinə ilıq krem çəkilir.
- soyuducuda 2 saat saxladıqdan sonra servis edilir.
Nuş olsun!
Portağal kremli köklü keks çətin hazırlanan şirniyyatdır.
ən son şərh