Pomidorlu Barbunya Balığı

Pomidorlu Barbunya Balığı

Pomidorlu Barbunya Balığı

Ərzaqlar

  • 1 orta barbunya
  • 1 xörək qaşığı kərə yağı
  • 1 kiçik soğan
  • 2 orta dolmalıq bibər
  • 4 orta pomidor
  • 1 dəfnə yarpağı
  • 1/2 çay qaşığı duz
  • 1/ 3 desert qaşığı qara bibər
  • 1 xörək qaşığı qıyılmış şüyüd
  • 1/2 çay qaşığı bibəriyə
  • 1 kiçik limon
  • 16 ədəd yaşıl zeytun

Hazırlanması

  1. Əvvəl sobanızı orta istilikdə istilədin.
  2. Ön hazırlıq olaraq soğanı doğrayın.
  3. Dolmalıq bibəri təmizlədikdən sonra nazik zolaqlar halında kəsin.
  4. Pomidorların, qabıqlarını soyub içini çıxartdıqdan sonra kub formasında doğrayın.
  5. Barbunyaların pullarını təmizləyib qarınını yarın.
  6. Daxili orqanlarını çıxarıb atın.
  7. Bol axar suyla yuyun.
  8. Limonu incə dilimləyin.
  9. Kiçik bir qazanda kərə yağını orta atəşdə əridin.
  10. Yağ əriyər əriməz soğanı qatıb 2 dəqiqə , tez-tez qarışdıraraq qızardın.
  11. Bibəri əlavə edib bir neçə dəfə qarışdırdıqdan sonra pomidor, dəfnə yarpağı, duz və istiotu əlavə edib 5 dəqiqə bişirin.
  12. Qazanı atəşdən götürün.
  13. Şüyüdü əlavə edib qarışdırın.
  14. Barbunyaları, şüşə qaba yerləşdirin.
  15. Üzərlərinə bibərləri səpin.
  16. Pomidor sousunu balıqların üstünə töküb ən üstə də limon və zeytunu qoyun.
  17. Qabı isidilmiş sobaya qoyub 20-25 dəqiqə bişirin.
  18. Qabı sobadan alıb, balıqları isti olaraq süfrəyə təqdim edin .

Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10