Plambir tortu
Ərzaqlar
- Tərkibi:
- 250 qram un
- 150 qram kərə yağı
- 70 qram şəkər
- Krem üçün:
- 500 qram 20%-li xama
- 2 yumurta
- 100 qram kərə yağı
- ½ paket vanil
- 2 xörək qaşığı nişasta
Hazırlanması
- Xəmir hazırlamaq üçün bir qabda yağ, şəkər və unu əllə ovuntu halınadək qarışdıdırın. (xəmir ovuntulu olmalıdır.)
- Kremi hazırlamaq üçün biq qabda yumurta, nişasta, şəkər və vanili yaxşı mikserlə çalın.
- Xamanı əlavə edib yenidən mikserlə çalın.
- Qazda aşağı temperaturda krem bir qədər qatılaşanadək qarışdırın.
- Kənara qoyub soyumağın gözləyin. Soyuduqdan sonar yağı əlavə edib mikserlə çalın.
- Soyuducuya qoyun ki, bir qədər soyusun.
- Tortu hazırlamaq üçün balaca ölçülü dərin formada hər hansı bir nimçəyə perqament kağız qoyun.
- Ovulan xəmirdən 1 neçə qaşıq nimçəyə qoyun və qaşıqla hər tərəfə bərabər yayın.
- Üzərinə bir neçə xörək qaşığı krem qoyun və qaşıqla hər tərəfə yayın.
- Bu prosesi xəmir bitənədək təkrarlayın. Kremdən bəzək üçün bir az saxlayın.
- Balaca ölçüdə alınmış tortu 8 saat soyuducuda saxlayın.
- Tam soyuduqdan sonra kremdən qida sprisinin köməyilə tortun üzərinə güllər düzün.
Nuş Olsun!
ən son şərh