Pendirli-yerkökülü-börək

Pendirli-yerkökülü-börək

Pendirli-yerkökülü börək

Ərzaqlar

  •  3 x.q. yağ
  • 3 yuxa (xəmir)
  • 1 su st. süd
  • 1 yumurta

    İçi üçün:

  • 200 q ağ pendir
  • 2 yerkökü
  • 10 budaq cəfəri
  • 0,5 armudu st. çörəkotu
  • 1 x.q. pul bibər
  • duz (zövqə görə)
  • yağ (yağlamaq üçün)

Hazırlanması

  1. Yağı əridin.
  2. Yumurta ilə südü çalın. Əridilmiş yağı əlavə edin.
  3. İç: yerkökünü sürtgəcdən keçirin, əzilmiş pendir, doğranmış cəfəri, çörəkotu və pul bibər əlavə edib qarışdırın.
  4. Duz vurmazdan əvvəl dadına baxın ki, duzu çox olmasın.
  5. Yuxanı açın, üzərinə yağ+yumurta+süd qarışığından çəkin.
  6. İkinci yuxanı üzərinə sərin, yenidən qarışıqdan çəkin.
  7. Üçüncü yuxanı da sərib qarışığın qalanını üzərinə yayın.
  8. İçi yuxanın üzərinə bərabər qaydada çəkin.
  9. Rulet kimi bükün. Çalışın, sıx bükün.
  10. Belədə doğramaq asan olacaq. Sinini yağlayın.
  11. Ruletdən barmaq qalınlıqda dilimlər kəsib siniyə düzün.
  12. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!

Hakkında pendirli-yerkökülü börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10