
Pendirli-yerkökülü-börək
Pendirli-yerkökülü börək
Posted on 31 İyul 2014 by admin in Börək və Poğaçalar Reseptləri, Xəmir Şirniyyatları Reseptləri
Ərzaqlar
- 3 x.q. yağ
- 3 yuxa (xəmir)
- 1 su st. süd
- 1 yumurta
İçi üçün:
- 200 q ağ pendir
- 2 yerkökü
- 10 budaq cəfəri
- 0,5 armudu st. çörəkotu
- 1 x.q. pul bibər
- duz (zövqə görə)
- yağ (yağlamaq üçün)
Hazırlanması
- Yağı əridin.
- Yumurta ilə südü çalın. Əridilmiş yağı əlavə edin.
- İç: yerkökünü sürtgəcdən keçirin, əzilmiş pendir, doğranmış cəfəri, çörəkotu və pul bibər əlavə edib qarışdırın.
- Duz vurmazdan əvvəl dadına baxın ki, duzu çox olmasın.
- Yuxanı açın, üzərinə yağ+yumurta+süd qarışığından çəkin.
- İkinci yuxanı üzərinə sərin, yenidən qarışıqdan çəkin.
- Üçüncü yuxanı da sərib qarışığın qalanını üzərinə yayın.
- İçi yuxanın üzərinə bərabər qaydada çəkin.
- Rulet kimi bükün. Çalışın, sıx bükün.
- Belədə doğramaq asan olacaq. Sinini yağlayın.
- Ruletdən barmaq qalınlıqda dilimlər kəsib siniyə düzün.
- Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.
Nuş olsun!
Hakkında pendirli-yerkökülü börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var.
ən son şərh