
pendirli ve qozlu ispanaq salati
Pendirli ve Qozlu Ispanaq Salatı
Ərzaqlar
4 porsiya üçün nəzərdə tutulub
- 200 qram təzə ispanaq
- 1/3 stəkan ovulmuş duzlu ağ pendir
- 1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
- 1 ədəd qabığı soyulmuş və kub şəklində doğranmış alma
- 1/3 stəkan ağ kişmiş
- 1 ədəd kub şəklində doğranmış orta boy pomidor
- 2 xörək qaşığı zeytun yağı
- yarım limonun suyu
- 1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
- zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
- zovqə görə istiot
Hazırlanması
- İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın.Nuş olsun!
Hakkında: Təzə ispanaqdan hazırlanan bu salat çox ləzzətli olur. Azərbaycanda ispanağı adətən bişmiş vəziyyətdə yeyirlər, amma təzəsi də çox ləzzətli sayılır. Təzə ispanaq Amerikada salatların içində ən çox istifadə olunan yaşıl ərzaqlardandır. Burada ispanaq salatının bir çox növü var.
ən son şərh