Pendirli və yumurtalı pide

Pendirli və yumurtalı pide

Pendirli və yumurtalı pide

Ingredients

Xəmiri üçün:

  • 4 st. un,
  • 0.5 ç.q. maya,  
  •  1 ç.q. duz   ,
  •  0,5 ç.q. şəkər tozu ,
  •  apardığı qədər ilıq su

İçlik üçün:

  • pendir
  •  6 yumurta,
  •  200 qr. kərə yağı
  •  keşniş, şüyüd
  •  duz , istiot, qırmızı istiot

Üzəri üçün:

  • 1 yumurta

 

Directions

  1. Xəmir üçün qaba un, maya, duz, şəkər tozu və az-az ilıq su əlavə edib xəmir yoğrulur.
  2. Xəmir 6 kündəyə ayrılır. Kündələr oxlovla açılır, üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir.
  3. Sonra kənarları hər iki tərəfdən ortaya doğru bükülür, (rulet formasında) ucları birləşdirilib, bərkidilir.
  4. Ortası açıq qalır və qayıq forması alınır. Pidelər yağlanmış listə yığılır və ortasına bir az da pendir səpilir.
  5. Pidelər bu halda bir az gəlməyə qoyulur. Sonra ətraflarına yumurta çəkilib, sobada 200° C-də bişirilir.
  6. Bu pidenin bişmə prosesi izlənilir. Üzəri bir az qızaranda və pendir əriyəndə sobadan çıxarıb, ortasına yumurta salırıq (yumurtanı elə salmaq lazımdır ki, sarısı dağılmasın, yəni bütöv olsun). Yenə sobaya qoyulur.
  7. Yumurtanın ağı bişdikdə pidelər sobadan çıxarılır. Üzərinə bir dilim kərə yağı qoyulur.
  8. Duz, istiot, qırmızı istiot və göyərti səpilir. Artıq pideniz hazırdır.

Nuş Olsun

Pide türk mətbəxinə aiddir və bir çox növləri var: qiyməli, pendirli, sosiskalı, qarışıq tərəvəzli, göbələkli və s…   Hər birinin özünəməxsus dadı var. Təqdim ettiyimi növün hazırlaması da çox asandır. Vaxtınızı da çox aparmayacaq.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10