
Pendirli və yumurtalı pide
Pendirli və yumurtalı pide
Ingredients
Xəmiri üçün:
- 4 st. un,
- 0.5 ç.q. maya,
- 1 ç.q. duz ,
- 0,5 ç.q. şəkər tozu ,
- apardığı qədər ilıq su
İçlik üçün:
- pendir
- 6 yumurta,
- 200 qr. kərə yağı
- keşniş, şüyüd
- duz , istiot, qırmızı istiot
Üzəri üçün:
- 1 yumurta
Directions
- Xəmir üçün qaba un, maya, duz, şəkər tozu və az-az ilıq su əlavə edib xəmir yoğrulur.
- Xəmir 6 kündəyə ayrılır. Kündələr oxlovla açılır, üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir.
- Sonra kənarları hər iki tərəfdən ortaya doğru bükülür, (rulet formasında) ucları birləşdirilib, bərkidilir.
- Ortası açıq qalır və qayıq forması alınır. Pidelər yağlanmış listə yığılır və ortasına bir az da pendir səpilir.
- Pidelər bu halda bir az gəlməyə qoyulur. Sonra ətraflarına yumurta çəkilib, sobada 200° C-də bişirilir.
- Bu pidenin bişmə prosesi izlənilir. Üzəri bir az qızaranda və pendir əriyəndə sobadan çıxarıb, ortasına yumurta salırıq (yumurtanı elə salmaq lazımdır ki, sarısı dağılmasın, yəni bütöv olsun). Yenə sobaya qoyulur.
- Yumurtanın ağı bişdikdə pidelər sobadan çıxarılır. Üzərinə bir dilim kərə yağı qoyulur.
- Duz, istiot, qırmızı istiot və göyərti səpilir. Artıq pideniz hazırdır.
Nuş Olsun
Pide türk mətbəxinə aiddir və bir çox növləri var: qiyməli, pendirli, sosiskalı, qarışıq tərəvəzli, göbələkli və s… Hər birinin özünəməxsus dadı var. Təqdim ettiyimi növün hazırlaması da çox asandır. Vaxtınızı da çox aparmayacaq.
ən son şərh