
Peçenyeli şokaladlı kolbasa şirniyyatı
Ərzaqlar
- Peçenye (ovulan, məsələn, Piknik peçenyesi) – 600 qram
- 200 qram kərə yağı
- 2 xörək q. kakao
- 0,5 su stəkanı süd
- 1 su stəkanı şəkər
Hazırlanması
- Bir sini qab gütürüb peçenyeləri ovun.
- Kərə yağını xırda doğrayıb bir qabda əzin.
- Üzərinə südü, kakaonu və şəkəri əlavə edin.
- Odun üzərinə qoyub şəkər tam əriyənə qədər qarışdırın.
- Qaynamamalıdır. Sonra ovulmuş peçenyini buna əlavə edin.
- Perqament kağızına kolbasa formasında büküb soyuducuda 6 saat saxlayın.
Nuş olsun!
Peçenyeli şokaladlı kolbasa şirniyyatı həm asan hazırlanan şirniyyatdır.
ən son şərh