
Paytaxt Salatının Resepti
Paytaxt Salatının Resepti
Ərzaqlar
- 250 gr mal əti
- 1 banka göy noxud
- 4-5 ədəd yumurta
- 4-5 ədəd kartof
- 3-4 ədəd yerkökü
- 2 ədəd təzə xiyar
- 2 ədəd turşu xiyar
- 1 dəstə şüyüd
- 1 dəstə göy soğan
- 1 banka mayonez
Hazırlanması
- Kartof, yerkökü, mal əti və yumurta bişirilir.
- Kartof və yerkökünün qabığı təmizlənir.
- Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır.
- Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur.
- duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın.
- Əks halda salat su salar.
- Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür.
- bütün ərzaq birlikdə qarışdırılır.
- zövqə görə duz və istiot vurulur.
- Mayonez və ya xamaya Final bitki yağı əlavə edilir, qarışdırılır.
Nuş olsun..!
PAYTAXT SALATI KOLBASA VE DUZLU XIYARSIZ DAHA DADLI OLUR
Bu reseptdə kolbasa yoxdur