paytaxt salati

paytaxt salati

Paytaxt salatı (Stoliçniy)

Ərzaqlar

  • 1 balaca banka göy noxud
  • 200 q ət (qoyun ya da mal əti)
  • 3 ədəd yumurta
  • 3 ədəd kartof
  • 2 ədəd yerkökü
  • 2 balaca tutma xiyar
  • 1 ədəd tər xiyar
  • 2-3 ədəd turp
  • Keşniş, şüyüd, göy soğan
  • Duz
  • İstiot
  • Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

Hazırlanması

  1. Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq. Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Kartofu xırda dörd künc doğrayırıq.
  2. Yerkökünü xırda dörd künc doğrayırıq. Yumurtanı xırda dörd künc doğrayırıq. Tutma xiyarı xırda dörd künc doğrayırıq. Tər xiyarı xırda dörd künc doğrayırıq. Turpu xırda dörd künc doğrayırıq.
  3. Göyərtiləri xırda doğrayırıq. Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq. Qarışığa duz və istiot səpib qarışdırırıq. Xama ilə ya da mayonezlə qarışdırırıq.

Nuş olsun!

Hakkında:  Rus mətbəxinin ən sevilən salatlarından biridə paytaxt (stoliçniy) salatıdır. Bu salat nəinki Rusiyada hətta bir çox ölkələrdə məhşurdür və çox sevilir.

 

 

One Comment

  1. Çox gözəl bisirmişik əla çıxıb

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10