Paxlava çizkeyk

Paxlava çizkeyk

Ərzaqlar

  • Qazmaq üçün:

     

  • 4 yemək qaşığı əridilmiş yağ

     

  • Yuxa üçün hazır xəmirlər (20 ədəd)

     

  • Çizkeyk üçün:

     

  • 220 qram yumuşaldılmış krem pendir

     

  • 2/3 fincan şəkər

     

  • 2 yemək qaşığı un

     

  • 3 ədəd yumurta

     

  • 2/3 fincan xama

     

  • 6 yemək qaşığı bal

     

  • ½ çay qaşığı darçın

     

  • Qozlu əlavə üçün:

     

  • ¾ fincan incə doğranmış qoz

     

  • 3 çay qaşığı darçın

     

  • 6 yemək qaşığı əridilmiş yağ

     

  • 10 yemək qaşığı bal

Hazırlanışı

  1. Sobanı 150 dərəcə qızdırın.
  2. Dərin bir kasada krem pendiri şəkəri və unu birlikdə yaxşıca çalın.
  3. Yumurtaları bir-bir əlavə edib çalmağa davam edin.
  4. Xamanı, balı və darçını əlavə edin və yaxşıca həll olunanadək asta sürətlə çalın.
  5. Orta ölçülü bir kasada ½ fincan doğranmış qozu, 2 çay qaşığı darçını, 4 yemək qaşığı ərinmiş yağı və 6 yemək qaşığı balı qarışdırıb kənara qoyun.
  6. Sobanın tavasına folqa kağızı sərib buxar üçün hazır saxlayın.
  7. Yuxa üçün hazır xəmirləri açaraq əvvəlcə bir nəmli dəsmalın üzərinə sərərək qurumasını gözləyin və sonra tavaya sərin.
  8. Arasına ərinmiş yağı çəkin.
  9. Qatlar hazır olduqdan sonra üzərinə çizkeyklərin bir miqdarını doldurun.
  10. Üzərindən də qozlu qarışımı əlavə edin.
  11. Qalan çızkeyki də eyni qaydada qozun üstündən tökün.
  12. Bu tavani folqa ilə örtülmüş tavaya isti su əlavə edərək buxarlanması üçün həmin tavanın içinə yerləşdirin.
  13. Və 50-60 dəqiqə ərzində bu vəziyyətdə sobaya bişməyə qoyun.
  14. Sobadan çıxardıqdan sonra tamamən soyumasını gözləyin.
  15. Son olaraq da qalan ¼ fincan qozu, 1 çay qaşığı darçını, 2 yemək qaşığı əridilmiş yağı və 4 yemək qaşığı balı qarışdıraraq üzərinə əlavə edin.

Nuş Olsun!

Paxlava çizkeyk hamınızın bəyənəcəyi şirniyyatdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10