Panforte

Panforte

Panforte

Ərzaqlar

  • 125 q fındıq
  • 125 q badam
  • 100 q ərik qurusu
  • 100 q əncir qurusu
  • 100 q qəhvəyi şəkər tozu
  • 60 q un
  • 40 q kakao
  • 2 ç.q. limon sedrası
  • 2 ç.q. darçın
  • 1/2 ç.q. zəncəfil tozu
  • 200 q bal
  • 40 q şəkər pudrası

Hazırlanması

  1. Formanın içinə perqament döşəyin,
  2. kərə yağı ilə yağlayın. Fındığı tavada qovurun, dəsmalın arasına qoyub ovuşdurun, qabığı təmizlənəcək.
  3. Fındığı, badamı iri, quru meyvələri xırda doğrayın, qarışdırın.
  4. Xırda doğranmış limon sedrası əlavə edin.
  5. Unu ədviyyat və kakao ilə qarışdırıb quru meyvə qarışığına əlavə edin.
  6. Tavada balı şəkər tozu ilə qarışdırın, vam odda şəkər tozu əriyənədək qızdırın.
  7. Qaynara düşəndə götürün, quru qarışığun üzərinə tökərək qarışdırın.
  8. Bu zaman cəld tərpənmək lazımdır, çünki kütlə tez qatılaşır.
  9. İçinə perqament döşənib yağlanmış formanın içinə tökün.
  10. Qaşıqla hamarlayın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
  11. Hazır piroqu formada soyudun, üzərinə şəkər pudrası səpin. Nuş olsun!

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, panforte yumşaq olacaq.

 

 

One Comment

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10