
Paleno tortu
Ərzaqlar
- 1 xörək q.stəkanı un
- 2 xörək q. nişasta
- 4 yumurta
- 6 yumurtanın sarısı
- 150 qram şəkər tozu
- 300 qram kərə yağı
- 300 qram şokolad
- 9 xörək q. şəkər
- 4 çay q. rom və ya konyak
- 2 xörək q. dəmlənmiş kofe
- 2 xörək q. qovrulmuş badam
- 2 xörək q. üyüdülmüş kofe
Hazırlanması
- Biskvitin hazırlanması üçün 4 yumurtanın ağını sarısından ayırın.
- Sonra yumurtanın sarısını 100 qram şəkər ilə çalıb üzərinə un və kraxmalı əlavə edin.
- Yumurtanın ağını bərkiyənə qədər mikser ilə çalın və üzərinə qalan şəkəri əlavə edin.
- Alınmış kütləni xəmirin üzərinə əlavə edin.
- Soba qabına yağlı kağız qoyun və əvvəlcədən isidilmiş 100 dərəcəli sobada 10-15 dəqiqə bişirin.
- Biskvit soyuyana qədər kremi hazırlayın.
- Şokoladı xırdalayın, üyüdülmüş kofe əlavə edin və odda su vannasında əridin.
- 6 yumurtanın sarısını şəkər ilə mikserlə çalıb şokoladın üzərinə əlavə edin.
- Rom və ya konyakı, dəmlənmiş kofeni yumşaldılmış kərə yağını da əlavə edin.
- Sonra qovrulmuş badamı xırdalayın, biskvitin üzərinə krem çəkin, badam səpin və rulon formasında bükün və hər tərəfinə krem çəkin.
- Tortu kremdən güllər düzəldib badamla bəzəmək olar.
Nuş olsun!
Paleno tortu çətin hazırlanan şirniyyatdır.
ən son şərh