Pərdə şirniyyatı

Pərdə şirniyyatı

Ərzaqlar

  • 1 paket paxlavalıq yufka,
  • 1 çay stəkanı duru yağ,
  • Çəkilmiş qoz və ya fındıq içi.
  • Sousu üçün; 
  • 2 ədəd yumurta,
  • 1 su stəkanı duru yağ,
  • 1 su stəkanı süd,
  • 1 çay stəkanı toz şəkər,
  • 1 paket qabartma tozu.
  • Şərbəti üçün;
  • 3 su stəkanı toz şəkər,
  • 3 su stəkanı su,
  • 6-7 damcı limon suyu.

Hazırlanışı

  1. Əvvəlcə şərbəti üçün su, şəkər və limon suyu qazana qoyulub qarışdırılır.
  2. Qaynamağa başladıqdan sonra aşağı temoeraturda 10 dəqiqə daha qaynadılır və hazırlanan şərbət soyumağa qoyulur.
  3. Sousunu hazırlamaq üçün yumurta, toz şəkər, duru yağ, süd və qabartma tozu, bir qaba qoyulub qarışdırılır.
  4. 1 ədəd hazır paxlava yufkası sərilir və üzərinə çəkilmiş qoz və ya fındıq içi səpilir.
  5. İki əllə yufkanın aşağı ucundan başlayaraq yuxarı doğru itələnir və yelpinc kimi bükülür.
    şirniyyat yağlı soba listi içərisinə yerləşdirilir.
  6. Hazırlanan şirniyyat üzərinə fırça köməyi ilə 1 çay stəkanı duru yağ çəkilir.
  7. əvvəlcədən isidilmi 175° sobada, üzəri çəhrayı olana qədər bişirilir. (10 dəqiqə).
  8. Bişəndən sonra üzərinə sous gəzdirilərək yenə sobaya qoyulur.
  9. Üzəri qızarana qədər 15 dəqiqə bişirilir.

Nuş Olsun!

Pərdə şirniyyatı lazzətli dadı ilə əvəzsiz şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10