Ovuntulu kəsmikli piroq

Ərzaqlar

  • Ərzaqlar:
  • 3 su stəkanı un
  • 200 qram kərə yağı və ya marqarin
  • 1 su stəkanı şəkər
  • ½ paket qabartma tozu
  • İçlik üçün:
  • 500 qram kəsmik
  • 4 yumurta
  • 1 su stəkanı şəkər
  • ½ paket vanil

Hazırlanması

  1. Əvvəlcə içliyi hazırlamaq üçün kəsmik ilə yumurtanı blendrlə çalın.
  2. Şəkər və vanili əlavə edib yenidən blendrlə qarışdırın. İçlik hazırdır.
  3. Xəmiri hazırlamaq üçün yağı sürtgəcdən keçirin.
  4. Şəkər, qabartma və unu əlavə edin və əllə ovuntu halına gətirin.
  5. Soba qabını yağlayın və ovuntulu xəmirin yarıdan cox hissəsini qabın hər tərəfinə elə yayın ki, qabın yanlarını da örtsün.
  6. İçliyi hər tərəfə bərabər olmaqla xəmirin üsdünə tökün.
  7. Xəmirin qalan hissəsini içliyin üzərinə yayın.
  8. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10