Ovulan xəmirli moruqlu piroq

Ovulan xəmirli moruqlu piroq

Ərzaqlar

  • 2 yumurta 
  • 2,5 su stəkanı un 
  • 200 qram kərə yağı 
  • 1 su təkanı şəkər 
  • 1 çay q. vanil 
  • 1 çay q. qabartma tozu 
  • 200 qram moruq mürəbbəsi

Hazırlanması

  1. Kərə yağını və ya marqarini yumşaldın.
  2. Üzərinə şəkər yumurta, vanil qatıb qarışdırın.
  3. Qabartma tozu ilə qarışdırılmış unu bunlara qatıb xəmir yoğurun.
  4. Xəmir bərk olmamalıdır.
  5. Xəmirdən 1/3 hissəni götürün və buz dolabında 1 saat saxlayın.
  6. Soba qabını yağlayın.
  7. Xəmirin çox hissəsini soba qabına yayın.
  8. Üzərinə moruq mürəbbəsini töküb qaşıqla yayın.
  9. Buz dolabından donmuş xəmiri götürün və sürtgəcdən keçirdib üstünə səpin.
  10. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!

Ovulan xəmirli moruqlu piroq həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10