
Ovçusayağı Toyuq
Ovçusayağı Toyuq
Ərzaqlar:
- Bİr ədəd kilo yarımlıq toyuq – tikələrə bölün
- 1 ədəd iri soğan – 8 yerə bölün
- 2 ədəd quru dəfnə yarpağı
- 2 zoğ təzə rozmarin
- 2 xörək qaşığı kərə yağı – xırda kubiklərə doğrayın
- Yarım kilo pomidor (5-7 ədəd) – soyun, ikiyə bölün, iridirlərsə, hər yarını 3-4 yerə bölün
- Zövqə görə duz və istiot
- Dörtdə bir stəkan zeytun yağı
Hazırlanması:
- Sobanı 205C dək qızdırın. Ölçüləri 33 x 22 X 5 sm olan soba istisinə dəyanıqlı tavanı/qabı (mən istiyə dəyanıqlı şüşə qabda bişirirəm).
- Buraya əvvəlcə toyuq və soğanı yerləşdirin. Dəfnə yarpağı və rozmarini toyuq və soğanın arasında yeləşidrin. Üstünə kərə yağını yerləşdirin.
- Pomidorları kəsilmiş tərəfi aşağıda olmaq şərtilə toyuğun ətrafında şəkildə gördüyünüz kimi düznü. Toyuğun üstünə zeytun yağı tökün.
- Duz və istiotlayın. Yeməyi sobada toyuğun üstü bir az qızarana və yeməyin suyu çıxanadək bişirin, təxminən bir saat yarım ərzində
Nuş Olsun!
ən son şərh