Orijinalını unutduran snickers

Orijinalını unutduran snickers

Ərzaqlar

  • 12 ədəd Savoiardi( yarım paket)

     

  • Karamel Sous:

     

  • Yarım çay stəkanı çiy krem

     

  • Yarım çay stəkanı süd

     

  • 1 çay stəkanı şəkər tozu

     

  • 1 çay qaşığı kərəyağ/ margarin 

     

  • Üzəri üçün:

     

  • 80 gram tünd və ya südlü şokolad

     

  • 1 kasa duzlu fıstıq

Hazırlanması

  1. İlk öncə karamel sousunuzu hazırlayaq.
  2. Şəkəri bir tavaya qoyaq əriməsini gözləyək, əridikdən sonra 1-2 dəqiqə qaynadaq.
  3. Çox qararmamasına diqqət edək.
  4. Tavanı kənara qoyaq südü və kremi az az əlavə edərək tez tez qarışdıraq.
  5. Və içinə kərəyağı qoyub qarışdırmağa davam edək.
  6. Biraz qaynadaq.

     

  7. Yemək qaşığı köməyi ilə karameli peçenyelərin üzərinə yayaq və üzərinə fıstıq qoyaq.
  8. Hamısını bitirdikdən sonra əridilmiş şokoladı təkrar yemək qaşığı köməyi ilə üzərinə tökək.
  9. Və soyumasını gözləyək.

Nuş olsun!

Orijinalını unutduran snickersin hazırlanması biraz zaman alır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10