ordubad usulu mas şorbasi

ordubad usulu mas şorbasi

Ordubad Üsulu Maş Şorbası

Ərzaqlar

  • 1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
  • 2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
  • 500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz)
  • 1 ədəd doğranmış orta boy baş soğan
  • 2 xörək qaşığı tomat
  • 8 stəkan su
  • zövqə görə duz
  • zövqə görə istiot
  • 4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
  • 4 quru gavalı
  • 1 xörək qaşığı quru nanə

Directions

  1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir.  Maşı süzün və yuyun. Kənara qoyun.
  2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.
  3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin
  4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın
  5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər  bişirin.
  6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.

    Nuş Olsun!

Hakkında:  Maş Şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir. Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə bişirilir, qışda isə qovurma ilə. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə oz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10