Nyudi

Nyudi

Nyudi

Ərzaqlar

  • 400-450 q feta pendiri
  • parmezan pendiri
  • 20 ədəd çerri pomidoru (əvəzinə 5-6 ədəd adi pomidor da olar)
  • 3-4 diş sarımsaq
  • 1 dəstə ispanaq
  • zeytun yağı

Hazırlanması

  1. Tavada zeytun yağını qızdırıb xırda doğranmış sarımsaq əlavə edin.
  2. Tam qızarmamış xırdalanmış ispanaq tökün.
  3. Azca yumşalan kimi ocaqdan götürün, aşsüzənə yığın ki, həm soyusun, həm də artıq suyu axıb getsin.
  4. 3 x.q. zeytun yağında 2 diş doğranmış sarımsağı qızardın.
  5. Sonra pomidorların yarısını əlavə edin. 5 dəqiqə bişirib ocaqdan götürün.
  6. Feta, sürtgəcdən keçirilmiş parmezan pendiri və ispanaq qovurmasını qarışdırın.
  7. Əgər ispanağın suyu yaxşı çəkilməyibsə, azca un əlavə edin.
  8. Sobaya qoyacağınız qabın dibinə pomidorların qalanını tökün.
  9. Əllərinizi zeytun yağına batıraraq pendir-ispanaq qarışığından yumurta boyda küftələr hazırlayın.
  10. Bunları pomidorların üstünə qoyun.
  11. Üzərinə bir neçə pomidor dilimi və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.
  12. 200 dərəcə C-dək qızdırılmış sobada 10 dəqiqə, üstü qızaranadək bişirin.
  13. Reyhan əlavə edə, makaronla birlikdə yeyə bilərsiniz..

Haqqında: Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.Nuş olsun!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10